Kim Çen In bacısını olimpiadaya göndərir

kim-cen-in-bacisini-olimpiadaya-gonderir
Oxunma sayı: 1774

Şimali Koreya lideri Kim Çen In bacısını "düşmən qardaş" adlandırdığı Cənubi Koreyada keçiriləcək olimpiadaya göndərir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkə heyətləri yanvarın 20-də Beynəlxalq Olimpiada Komitəsinin nəzarəti altında razılıq əldə ediblər. Razılığa görə, Şimali Koreyadan olan idmançıların iştirakı və hər iki ölkə idmançılarının mərasimdə eyni bayraq altında yürüş etməsi qərarlaşdırılıb.

Kim Çen Inın yanvarda olimpiadaya qatılmaqla bağlı elan etdiyi qərarı ABŞ-la Cənubi Koreyanın ortaq hərbi təlimlər, Pxenyan hökumətinin nüvə raket sınaqları keçirməsi ilə yaranan gərginliyi azaltmış olub. 

Ən maraqlısı isə daha əvvəl Koreya liderinin ailəsinən heç kimin Cənub Koreyaya səfər etməməsidir. 

Bir çoxları 1987-ci il təvəllüdlü Kim Çen Yonun ölkədəki rolunun rəsmilərdən daha çox, hətta rejimin “kölgə lideri” olduğuna inanır. Qardaşının ən yaxın məsləhətçisi olan Kim Çen Yo onun tədbirləri və səfərlərini təşkil edir.