Kim Çen In Cənubi Koreya nümayəndə heyətini qəbul edib

Kim Çen In Cənubi Koreya nümayəndə heyətini qəbul edib
Oxunma sayı: 1208

Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreya nümayəndə heyətini qəbul edib

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Pxenyanda baş tutan görüş zamanı KXDR liderinə Cənubi Koreya prezidenti Mun Çje İnin məktubu çatdırılıb.

Görüş zamanı Koreya yarımadasında hərbi gərginliyin azaldılması, ölkələr arasında dialoqun, əlaqələrin və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Cənubi Koreyanın nümayəndə heyətinin Pxenyana ikigünlük səfəri martın 5-də başlayıb. 10 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri və prezidentin milli təhlükəsizlik üzrə müşaviri də daxil olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi