Kim Çen Inin gizli saxladığı həyat yoldaşı - Fotolar

kim-cen-inin-gizli-saxladigi-heyat-yoldasi
Oxunma sayı: 5943

Şimali Koreya lideri Kim Çen Inin mediadan gizlətdiyi  həyat yoldaşı uzun zamandan sonra görünüb.

“Qafqazinfo” xəbər verir ki, Kimlə birgə Çinə rəsmi səfər edən həyat yoldaşı Ri Sol-ju KİV nümayəndələri qarşısına çıxıb.  Qeyd edək ki, Şimali Koreyanın birinci xanımı haqda çox az məlumat var. 

Üç uşaq anası olan Ri Sol-Ju 29 yaşındadır.  Kim və Rinin nə vaxt evləndiyi isə məlum deyil. Bəzi mənbələrə görə, cütlüyün nikahları 2009-cu ildə bağlanıb. Digər qaynaqlarda isə onların 2010-cu ildə klassik musiqi konsertində tanış olduğu yer alıb.

Şimali Koreyalıların yoxsulluq içində yaşamaqlarına baxmayaraq, moda həvəskarı olan birinci xanımın, bahalı çantalar həvəskarı olduğu qeyd edilir.

Kim Çen Inin həyat yoldaşını ictimaiyyətə tanıtmaması təkcə ona xas xüsusiyyət deyil. Belə ki, liderin atasının Kim Çen Ilin də heç bir həyat yoldaşını ictimaiyyətə tanıtdırmadığı bildirilir.

Ülviyyə