“Kim istəsə gəlsin, görüşək…” - Rahid Əmirquliyev

kim-istese-gelsin-gorusek
Oxunma sayı: 4655

“İnter”- “Qarabağ” oyunundan sonra Ağdam klubunun futbolçusu Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, R.Əmirquliyev milli komandada kapitan kimi çıxdığı Almaniya millisi ilə matçda himn oxumaması ilə bağlı ona yönələn tənqidlərə cavab verib:

“Mən himni hər zaman oxumuşam və bilirəm. Sadəcə ola bilər ki, hansısa qarışıq epizod düşüb. Kim istəsə gəlsin, görüşək, himni onun üçün oxuyum”.