Kim Kardaşyan boşanır - Xəyanət, seks problemi...

kim-kardasyan-bosanir
Oxunma sayı: 6430

TV ulduzu Kim Kardaşyan və reper –prodüser əri Kenni Vestin ailə həyatında problemlər yaranıb. “Qafazinfo” xəbər verir ki, Amerika KİV-ləri cütlüyün boşanacaqları barədə məlumatlar dərc edir. 

Kardaşyan son iştirak etdiyi televiziya proqramında özəl həyatı barədə bəzi məqamlara toxunub.  Kimin “İctimaiyyətin tanıdığı Kardaşyanla mənim aramda çox fərq var. Qəribə duyğular yaşayıram. Qısası, seks problemim var”- deməsi şayiələri daha da artırıb. 

İddia olunur ki, Kardaşyanla Kenni arasında soyuqluq TV ulduzunun Parisdə şəxsi əşyalarının oğurlanmasından sonra yaranıb.  Həmçinin, Vest psixoloji problemlər yaşayır və bu da onların evliliklərinin korlanması ilə nəticələnir. 

Ayrılığın digər səbəbi isə reper Drakedir. Bir müddət əvvəl Kardaşyanın onunla Kenniyə xəyanət etməsi xəbəri iki tanınmışın münasibətini daha da gərginləşdirib.