Kim kimdən oğurluq edib? - Rəqsanə, yoxsa Aygün

kim-kimden-ogurluq-edib
Oxunma sayı: 3862


Müğənni Rəqsanənin Türkiyədəki  fotosessiyasının plagiat olduğu iddia olunur. Belə ki, müğənninin fotoları xalq artisti Aygün Kazımovanın elə həmin ölkədə etdiyi fotosessiyasına bənzəyir. Yerli mətbuatda isə Rəqsanənin xalq artistini təkrarladığı barədə məlumatlar yayılıb. 

Fotolar arasında bənzərliyin olmadığını iddia edən Rəqsanə “Qafqazinfo”ya açıqlama verib:

“Mən yalnız özüm kimi olmaq niyyətindəyəm. Hər bir sənətçini öz adına görə tanıyırlar. Bu bənzətməni məşhurlaşmaq istəyən adam edər. Aygün xanıma hörmətim sonsuzdur.  Ümumiyyətlə, kiməsə bənzəməyə və geyimini təkrarlamağa ehtiyacım yoxdur.  Şükür Allaha, öz tərzimlə, geyimimlə məni tanıyırlar. Geyimimə heç kim irad tuta bilməz. Çünki zövqümə güvənirəm və nə geyindiyimi yaxşı bilirəm. Hətta peşəkar modelyerlər belə dəfələrlə zövqümə tərif ediblər”.

Rəqsanə xanım onu da söylədi ki, bahalı geyimləri və zövqlü seçimi ilə özünü şou-biznesdə birincilərdən hesab edir. Hətta bəzi insanlara geyim seçməkdə yardımçı olduğunu deyir. 

Sonda sənətçi: “Fotosessiya tam hazır olsun. Onda ortada bənzətmə olmadığı aydın görünəcək” - deyə bildirdi.