“Kimdi bunlar?” - Samirdən etiraz

“Kimdi bunlar?”
Oxunma sayı: 1634

Azərbaycanı “Eurovision”dakı ilk təmsilçisi Samir Cavadzadə instaqramda müzakirələrə səbəb olan paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, 37 yaşlı müğənni yerli musiqini korlayanlardan şikayətlənib.

Cavadzadə şou-biznes üzvlərinin əksəriyyətinə etiraz edib:

“Zövqsüzlük, incəsənəti sıfra satanlar, Azərbaycan incəsənətini pis günə qoyanlar, hər şeyi şouya çevirənlər bu ölkədə baş alıb gedir. Kimdi bunlar? Məqsədləri nədir? Tamaşaçı qulağı niyə eşitmir? Niyə bacarıqsızlara əl çalıb, hər kəsə yeridirlər? Zəngin Azərbaycan musiqisi çox bərbat haldadır. Heyf”.

Samir daha sonra yazılan rəylərə də reaksiya verib:

“İstedadlı insanlarımız var, amma nədənsə, tamaşaçı qəbul etmək istəmir. Budur rəzalət! Onsuz da baş verənlərə çox fikir vermirəm. Amma görəndə həvəsim ölür. Mən qorduram ki, birazdan retro musiqilərimiz yaddan çıxacaq. Şəhərə çıxıb cavanlardan soruşacaqsız ki, instrumental ifaçılardan kimi tanıyırsız?

Qorxun ki, cavabları “İnstrumental nədir?” olsun. Məndən soruşmayın ki, efirlərdə niyə yoxam. Anlayıram hardasa, hər kəs pul qazanmaq istəyir. Amma hər şeyin də həddi var. Yaradıcılıq başqa, toy üslubu başqa!”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi