“Kiməsə görə məclisdən niyə getməliyəm?”

kimese-gore-meclisden-niye-getmeliyem
Oxunma sayı: 2038

Müğənni Zamiq Hüseynov əməkdar artist Abbas Bağırova görə tədbiri tərk etməsi barədə yayılan məlumatlara münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “Xəzər maqazin”ə açıqlamasında işi olduğu üçün tədbirdən getdiyini söyləyib:

“Mən orda heç kimi görməmişəm, görsəm də, bunun tədbirə aiddiyatı yoxdur. Kiməsə görə məclisdən niyə getməliyəm? Məni çağıran şəxsə hörmət qoyuram. Həmin şəxsin o qədər dostu ola bilər ki, mən sevməyim. Bizim studiyada başqa bir işim var idi. Hər kəs orda idi, məni gözləyirdilər. İnanın, mən gedəndən sonra bilməmişəm kim gəlib-gedib”. 

Xatırladaq ki, iki məşhur xalq artisti Brilliant Dadaşovanın klip təqdimatına görüntülənmişdilər.  Abbas zala daxil olarkən Zamiqin məkanı tərk etdiyi iddia edilmişdi. 

Abbas isə “Onun öz işidir, xahiş etmədim ki, durub tədbiri tərk etsin”- deyə açıqlama vermişdi.