Kimi topa tutmusuz?

kimi-topa-tutmusuz
Oxunma sayı: 1345

Xəzər 103 FM və Myvideo TV-də yayımlanan “Danışır Xəzər” proqramında günün müzakirəsi Amerikada 1891-ci ildə ilk dəfə oynanılan basketbol ilə bağlıdır. 

“Qafqazinfo” xəbər verir ki, 18:00-da yayımlanacaq proqramda günün sualı “Kimi topa tutmusuz?” olacaq. Siz də  müzakirəyə, oyunlara qoşulmaq və kommunal borcların ödənilməsi ilə bağlı suallara cavab tapmaq üçün  *8103 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Qeyd edək ki, proqram Fira və Azərin təqdimatında həftə içi hər gün saat 18:00-20:00-a kimi yayımlanır. Proqram Azərbaycanda ilk və yeganə sosial radio şousudur.  İki saat ərzində dinləyicilərin və izləyicilərin communal borcları ödənilir, işsizlərin işlə təminatına aparıcılar cavabdehlik daşıyır. 

Bundan başqa, 103 FM-in instaqram səhifəsində (@xezer103fm) düşünüdürü suallar paylaşılır, doğru cavab verənlər mükafatlandırılır. 

Verilişin informasiya dəstəkçisi “Qafqazinfo” saytıdır.