Kimlər örnək olmalıdır?

kimler-ornek-olmalidir
Oxunma sayı: 4045

“Qarın qardaşdan irəlidir”.Əgər qarın və qardaş sözlərini mücərrədləşdirsək, yəni qarını “mənafe”, qardaşı “özgə hər kəs” kimi götürsək onda görürük ki, bu atalar sozü “şəxsi mənafe(qarın) hər kəsdən (qardaşdan) doğmalarından, yaxınlarından, xalqından irəlidir”. Məhz bu atalar sözünün hər bir azərbaycanlının ağlına işləyən, onun ağlını qaydalaşdıran mütləq mənası budur. Buradan, tamahkarlıq hissi yaranır.

“Xalq üçün ağlayan kor olar”. Bu deyimi mücərrədləşdirsək “xalqa xidmət edən(ağlayan) axmaqdır(kor olar)”, kimi qəbul edilir. Əgər bu hakimiyyətdəkinin ağlına işləyirsə – korrupsiya, vətəndaşların ağlına işləyirsə – rüşvət və oğurluq hissi yaranır.

“Erməniyə dayı de, çayı keçincə”. Mənası: “özgələrinə (erməniyə) çətinlikdən çıxanacan (çayı keçənəcən) mehriban ol”. Bu məna ağla işləyəndə hiyləgərlik, ruyakarılıq hissi yaradır.
“Palaza bürün, elnən sürün”. Mənası: “inkişaf etmə(palaza bürün), inkişaf etməyənlərə qoşul(elnən sürün)”. Bunun mənası ağla işləyəndə insanlarda savadsızlıq hissi, mədəniyyətsizlik və kütlə hissi inkişaf edir.

“Saxla samanı, gələr zamanı”. Mənası: “sənə lazım olmayan şeyi başqalarına vermə(saxla samanı), nə vaxtsa özün istifadə et(gələr zamanı)”. Buradan ehtikarliq və xəsislik hissi inkişaf edir. Heç kəs heç kəsə əl tutmur. Mərhəmət hiss ,şəfqət hissi ölür.

“Getdin gördün hamı gözü qıpıq, səndə ol gözü qıpıq”. Mənası: “əgər hamı günah işlədirsə(hamı gözü qıpıq), sən də günah işlət(sən də ol gözü qıpıq)”. Buradan konformizm -sosial mühütə uygunlaşmaq meydana gəlir.

“İgidlik ondur, doqquzu qaçmaq, biri gözə görünməmək”. Bu sözü deyən adam xalq qəhrəmanıdırsa, onda mənası həqiqəti ilə eynidir. Bu söz Koroğlunun adına deylir. Mənası: qaçmaq və gözə görünməmək igidliyin özüdür. Qorxaqlığın və satqınlığın mənası bundan ibarətdir.

“Gözəllik ondur, doqquzu dondur”. Mənası: “gözəllik ondur, doqquzu bədəndir(dondur)”. Yəni insanın mənəvi gözəlliyi yox, yalnız xarici gözəlliyi on dəfə daxili gözəlliyindən vacibdir. Ona görə yaxşı geyinmək, zinətbaz olmaq, kosmetik əməliyyatlara getmək, kosmetikadan mümkün qədər çox istifadə etmək, bədəni mümkün qədər nümayişə çıxartmaq(idmana daha çox üstünlük vermək), əvəzində mənəvi gözəlliyə laqeyd qalmaq(dindən uzaqlaşmaq, öz kamilliyinə cəhd etməmək) lazımdır. Buradan əxlaqsızlıq inkişaf edir.

Bu qısa paralel məntiqdən məlum olur ki, Azərbaycan xalqının bu gün emprik tərbiyyə sistemi heç də bu xalqın öz deyim və zərb-məsəllərindən ibarət deyil. Məqsəd bu xalqı məhz ədalətsiz tərbiyyə etməkdir. Ədalətsizlik isə dövlətçilik hissidir. Deməli, bizim emprik kodumuz hər birimizdə dövlətçilik hissini öldürür. Nəticədə, biz dövlət yarada bilmirik. Bu kodlaşdırma qadağan edilməyənəcən, bu cür kodlara nifrət ruhu tərbiyə olunmayanədək biz heç vaxt həqiqi ədalətli ola bilmərik və buna görə dövlət qura bilmərik.

Ədalət hissinin klassik tərbiyyə sistemi artıq mövcud dövlət tərəfindən aparılmalıdır. Hansı ki, elə bir sistem olmalıdır ki, dövlətdə yaşayan və həmin dövlətə müvəqqəti gələn hər bir şəxsin ağlı eyni cür qaydalaşsın. Biz bunu dövlət ədaləti adlandırırıq. Dövlət ədaləti aşağıdakı üsullarla yaradılır:

Milli sərvətin ədalətli bölgüsü. İnsanlarda ədalət hissi dövlətə bağlılıq milli sərvətlərdən pay alması ilə əlaqədardır. Biz bunu sosial iqtisadi hüquqlar kimi anlayırıq. O ölkədə ki, vətəndaş öz sosial və iqtisadi yüksəlişi üçün dövlətə arxayın deyil, o dövlət ədalətli deyil. Azərbaycanda bu faktiki olaraq klan və ailə mənsubiyyəti ilə reallaşdırılır.

Hüquq və imtiyazların ədalətli bölüşdürülməsi. Bu, səlahiyyət və məsuliyyətin balanslaşdırılmasından ibarətdir. Yəni hər kəs səlahiyyəti qədər məsuliyyətli, hər kəs məsuliyyəti qədər səlahiyyətli olmalıdır. Azərbaycan dövlətində səlahiyyəti olanların məsuliyyəti, məsuliyyəti olanların səlahiyyəti yoxdur. Səlahiyyət – imtiyaz, məsulliyyət -borcdur. Sadə vətəndaşların ancaq dövlət qarşısında borcu var, dövlətdə imtiyazlı şəxslərin isə heç biri dövlət qarşısında borcunu ödəmir. Hətta uşağını hərbi xidmətə belə göndərmir.

Qanunun aliliyi. Qanunun aliliyi insanların eyni əməllərə görə eyni cəzaya məruz qalmasından ibarətdir. Buradan iki prinsip doğur: “vəzifəli şəxslər yalnız qanunları həmin vəzifə üçün icazə verdiklərini edə bilər. İkincisi, vəzifəsiz adamlar qanunun qadağan etmədiyi hər şeyi edə bilər. Yəni məmurlar qanunun icazəsi ilə, sadə vətəndaşlar qanunun qadağan etməməsi ilə fəaliyyət göstərəndə cinayət etmir. Əgər məmurlar qanunun qadağan etmədiyini vəzifədə edirsə, buradan səlahiyyət cinayətləri, vətəndaşlar qanunun qadağan etdiyini edəndə cinayətlər əmələ gəlir, hansı ki, ədalətin pozulmasından ibarətdir. Ədalətin pozulması cəza verilməsi ilə mümkündür. Cinayətə görə cəza verilməməsi dövləti dağıdır, vətəndaşlarda ədalət hissini öldürür. Ona görə də Helvetsi deyirdi ki: “cinayət olub cəza olmayanda və cəza olub cinayət olmayanda dövlət dağılır”.

Gücün ağıllı qaydalaşdırılması: Əgər ədalət ağlın gücünün nizamlamasından ibarətdirsə onda klassik dövlətçilik dövlətin öz gücünü – hərbi, maliyyə, məcburetmə və s. güclərin qaydalaşdırılmasını tələb edir. Gücün nizamlanması sanksiyalaşmış güc-yolverilən güc meydana gəlir, hansı ki, dövlətin ədalətliyinin göstəricisidir.

Klassik tərbiyyə sistemi ilə emprik tərbiyyə sistemi arasında əlaqə olmalıdır. Dövlət dövlətçiliyə və vətəndaşların ədalətliliyinə xidmət etməyən hər şeydən imtina etməlidir. Nitşe belə hesab edirdi ki, tarixdə xalqların fəaliyyəti nəticəsində xeyli artıqlıqlar yaranır, bu isə xalqların inkişafina imkan vermir. Bir xalqın inkişafi üçün həmin tarixin artıqlığından imtina edilməlidir. Bu gün istər Cənubda, istər Şimalda biz Azərbaycan Türklərinin şüuruna həm öz tariximizin artıqlıqları, həm də fars və rus şovinizminin daxil etdiyi qeyri-tarixi artıqlıqlar var ki, onlar nəinki bizi dövlət qurmağa və bütünləşməyə imkan vermir, həm də bizi müasir xalqların inkişafindan saxlayır və biz orta əsrlərə döğru sürüklənirik.

Emprik tərbiyyə sistemində kimlər örnək olmalıdır? Azərbaycan Türklərində ədalətin tarixdən alınması ya əcdada söykənmə, əcdadçılıq(buna psixologiyada – arxeotip, bədii ədəbiyyətda -daxili səs, fəlsəfədə – əcdadların səsi, biologiyada – atavizm deyirlər) bizdə ”boz qurdçuluq” kimi ifadə olunur. ”Boz qurd” sözünün həqiqətinin paralel mənası “ağıllı və cəsarətli” deməkdir. Ağlı olmayan qurd canavar, cəsarəti olmayan isə qeyri-canavardır. Buradan aydın olur ki, boz qurdçuluq yalnız əcdadlarımızdan ağıllı və cəsarətli olmuş insanları nümunə kimi götürməlidir.
“Boz qurd”çularla “Türkçü”lərin ortaq idealları ikidir(Baxmayaraq ki, türkçülüyün boz qurdçuluqla mənası başqadır və aşağıda qısa da olsa bunu şərh edəcəyəm): Bəbək və Koroğlu. Babək iyirmi il Bəzz qalasında mübarizə aparmış cəsarətli və ağıllı olmuş, amma ağlı cəsaərtini qaydalaşdırıb dövlət yaratmağa çevirməmişdir. Ona görə də dövlətçilik ruhunu başqalarına tərbiyyə edə bilməz. Eynilə Koroğlu da uzun illər yeddi min yedi yüz yetmiş yeddi (7777) dəlisi ilə birgə mübarizə aparmağına baxmayaraq, bir Cənlibel kəndi belə yarada bilməmişdir(Halbuki antik şəhər dövlətlərin bəzisinin vətəndaşlarının sayı Koroğlunun dəlilərindən az olub).

Əslində bunun səbəbi xürrəmilərin həyat tərzi – (eyş işarətə, pozğunluğa aludəçilik) olmuşdur. Hansı ki, Babəkdən çox sonra başqa bir qalada yaşayan dəlilər (cəsarəti olub, ağlı qaydasız olanlar) eyni xürrəmi həyat tərzi yaşayıb. Bu gün bu iki simvol dövlət qurmaq nümunəsi olmadığından (ədalətsiz olduqlarından) ictimai tərbiyyə kodu ola bilməz. Azərbaycan Türkünün “Boz qurd”çuluğun iki simvolu ola bilər – Qazan Xan və Qaraca Çoban. Qazan Xan qəbilə yaratmış, qaraca Çoban qəbilə quruluşunun qəhrəmanı olmuşdur.

Qəhrəman kimdir?! İnsanların güclüsünə cəsarətli deyirik. Əgər insanın cəsarəti ağlı ilə birləşmirsə onun hərəkəti Koroğluluq (dəlilik-ağıllsız cəsarətli) olur, yox əgər insanın ağlı olub, cəsarəti olmursa buradan qorxaqlıq yaranır. Əgər insanın ağlı və cəsarəti birləşirsə onda igidlik yaranır. İgid – ancaq öz mənafeyini ədalətlə qoruya bilən fərddir. Əgər insanın ağlı onun cəsarətini qaydalaşdırırsa və o, özgə mənafeyini ədalət naminə qoruyursa onda Qəhrəmanlıq yaranır. Nə Koroğlu, nə Babək qəhrəman olmayıb. Qəhrəman ya döyüşdə şəhid olur (mənəvi qələbə calir), ya qalib gəlir. Babək xəlifə tərəfindən edam olunub, Koroğlu könüllü şəkildə qaçaqçılıq həyatından imtina edib və əkinçiliklə naməlum şəkildə, adi bir kəndçi kimi dünyadan köçüb.

Onların hər ikisi ən yaxşı halda igid və ya cəsur adamlar kimi tarixin artıqlarından ibarətdirlər. Amma Qaraca Çobanda güc ağılla birləşir, həm təklikdə, həm də Qazan Xanla birlikdə onun ailəsinin azad olması üçün düşmənə qarşə vuruşur və bu zaman özünün qoyun sürüsünü belə qurban verir, sonda düşmənə qalib gələrək sağ-salamat geri dönürlər.