Kimlərə seyid deyilir?

kimlere-seyid-deyilir
Oxunma sayı: 10911


“Qafqazinfo” islam.az-a istinadən bildirir ki, “seyid” sözünün ərəb dilindən tərcüməçi “ağa” deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. Dini termin kimi Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu babası Haşimin nəslindən olanları seyid adlandırırlar. Xalq ənənəsində isə Peyğəmbərin nəslindən olanlar seyid sayılırlar. O həzrətin nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) və Zeynəb vasitəsilə davam etmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində yüz milyonlarla seyid yaşayır. Təbatəbai, Musəvi kimi böyük nəsillər də bura aiddir.

İslam dinində seyidlərə ehtiram göstərmək çox təkid olunur. Seyidlərlə ailə qurmağın fəziləti haqqında Peyğəmbərdən hə-dislər mövcuddur (“Qiyamət günündə bütün bağlılıqlar ləğv olunacaq, yalnız mənimlə əsil-nəsəb bağlılığından savayı”). Məclislərdə seyidi yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib. Cəfəri məzhəbinə görə, xümsün yarısı da ehtiyaclı seyidlərə verilməlidir.