Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb

kimya-uzre-nobel-mukafatinin-qalibleri-aciqlanib
Oxunma sayı: 897

Kimya üzrə Nobel mükafatının builki qaliblərinin adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, alimlər Frensis Arnold, Corc Smit və Qreqori Vinter yeni dərmanların yaradılmasına imkan verəcək kimyəvi molekulların təkamülü istiqamətindəki işlərinə görə mükafata layiq görülüblər.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək. Mükafatın məbləği təxminən 940 min dollardır.