Kintana ilə bağlı qərar verildi

kintana-ile-bagli-qerar-verildi
Oxunma sayı: 2432

“Qarabağ”la müqaviləsi başa çatan Dani Kintana ilə yeni müqavilə imzalanıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı futbolçu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Qarabağ”da çıxış edir. Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 məhsuldar ötürmə edib.