Kipr ali məktəbinə sənəd qəbulu başladı

kipr-ali-mektebine-sened-qebulu-basladi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, çoxsaylı müraciətlər nəzərə alınaraq sənədlərin qəbulu oktyabrın 15-dən noyabrın 16-na kimi aparılacaq. Ərizəçilər Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Tələbə Qəbulu Komissiyasının İnternet saytının müvafiq səhifəsinə (www.eul.edu.tr) daxil olub tanış ola bilərlər. Eyni zamanda daha ətraflı məlumatı Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisindən də almaq olar.
Sənəd qəbulu hər gün (təqvim günləri hesab olunur) saat 10:00-dan 17:00-dək Lefke Avropa Universitetinin Azərbaycan Nümayəndəliyi tərəfindən aşağıdakı ünvanda aparılır:
AZ 1029, Bakı şəhəri, Pəhlivan Rüstəmov 8. (“Ambiance” otelin yanı)
Əlaqə telefonu:
(+99412) 562 61 25
(+99412) 562 61 26