Kiprdə prezident seçkilərinin ikinci mərhələsi başlayıb

Kiprdə prezident seçkilərinin ikinci mərhələsi başlayıb
Oxunma sayı: 379

Bu gün Kiprdə prezident seçkilərinin ikinci mərhələsi keçirilir.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8:00-da seçki məntəqələri fəaliyyətə başlayıb.

Prezidentlik postu uğrunda “DİSİ” partiyasından Nikos Anastasiadis və sol partiya “AKEL”in nümayəndəsi Stavros Malas mübarizə aparır. 

N. Anastasiadis birinci mərhələdə 35,5 faiz səs, S. Malas isə 30, 25 faiz səs toplayıb.

Seçki saat 20:30-da yekunlaşacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi