Kirayə evlərin qiymətləri artıb

kiraye-evlerin-qiymetleri-artib
Oxunma sayı: 1597


“Qafqazinfo”nun məlumatına görə, axar.az saytının əməkdaşı ev alqı-satqısı və kirayəsi bazarında vəziyyətlə maraqlanıb.

Məlum olub ki, yeni tədris ilinin başlanması ilə əlaqədar kirayə evə tələbat artıb, bu da qiymətlərin bahalaşmasına təsir edib.

Kirayə ev verən dəllalların sözlərinə görə,  tələbələrin paytaxta axını müşahidə olunur. Onlar əsasən təhsil alacaqları ali məktəblərə yaxın yerlərdə kirayə ev axtarırlar.

Hazırda metronun “Elmlər Akademiyası” stansiyası ətrafında 350-400 manatdan ucuz kirayə ev tapmaq olmur. Şəhərin Nərimanov rayonu, Montin qəsəbəsi ərazilərində 250-300 manata kirayə ev var.

Bir qədər kənarda - “Neftçilər”, “Qara Qarayev”, “Həzi Aslanov” metro-stansiyaları ətrafında 200-300 manata kirayə evlər təklif olunur.

Müşahidəçilər qiymətlərin nisbətən bahalaşdığını qeyd edirlər.