Kirayədə yaşadığı evindən 6 kq narkotik çıxdı

kirayede-yasadigi-evinden-6-kq-narkotik-cixdi
Oxunma sayı: 865

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkar edilərək götürülüb.

“Qafqazinfo” xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkar edilərək götürülüb.