“Kırgın Çiçekler”in aktrisası hamilədir

“Kırgın Çiçekler”in aktrisası hamilədir
Oxunma sayı: 1435

Türkiyənin ATV kanalında yayımlanan məşhur “Kırgın Çiçekler” serialında “Songül” obrazını canlandıran Gökçə Akyıldızdan yeni xəbər var.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin iyul ayında sevgilisi Mustafa Özyurtla ailə quran aktrisa 4 aylıq hamilədir.

Bu səbəbdən G.Akyıldızın serialdan ayrıla biləcəyi iddiaları da səsləndirilib. Lakin serialı çəkən şirkətdən bildirilib ki, “Songül”ün hamilə olması  onun çəkilişlərdə iştirak etməyinə mane olmayacaq və bu vəziyyətə uyğun ssenari yazılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi