Kirkorov “Xalq artisti” oldu

kirkorov-xalq-artisti-oldu
Oxunma sayı: 2099

Moldova prezidenti İqor Dodon rusiyalı bəstəkar-müğənni Filipp Kirkorova "Xalq artisti" adı verib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, sənətçi bu ada "Moldova-Rusiya mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə" layiq görülüb.

Dodonun şəxsi dəvəti ilə Moldovaya gedən Kirkorov prezidentlə görüşündən sonra konsert də verib. Kirkorov Moldovanı "Eurovision" mahnı müsabiqəsində təmsil etməyə hazır olduğunu da deyib.