Kiş çayı üzərində yeni körpünün inşası davam edir

kis-cayi-uzerinde-yeni-korpunun-insasi-davam-edir
Oxunma sayı: 653

Azərbaycan Prezidentinin Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncamına uyğun olaraq tikinti işləri davam etdirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, hərəkət hissəsi 8 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədilə 1.5 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.