Kişi 9 yaşlı arvadını öldürdü - Əfqanıstanda dəhşət

kisi-9-yasli-arvadini-oldurdu
Oxunma sayı: 5828

Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb. 

“Qafqazinfo” “Tolo news”ə istinadən xəbər verir ki, Qads kəndindən olan 35 yaşlı Şarafuddin 9 yaşlı Samianı döydükdən sonra boğub. O, daha sonra hadisə yerindən qaçıb. 

Bildirilir ki, cinayət ailə-məişət münaqişəsi zəminində baş verib. O da məlum olub ki, Samia hələ 7 yaşı olarkən Şarafuddinlə məcbur evləndirilib. Səbəb iki ailə arasındakı ədavətə son qoymaq olub. 

Hazırda polis 35 yaşlı Şarafuddini axtarır. Samianın atası isə qızını erkən nikaha məcbur etdiyinə görə müvafiq maddə ilə həbs edilib.

Aysel Kərimova