Kişi bir neçə saat qadın işi görərsə... - Fotolar

kisi-bir-nece-saat-qadin-isi-gorerse
Oxunma sayı: 5982

Azərbaycanın tanınmış məşqçisi Xəqani Səlimov maraqlı bir layihəyə imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, o, Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar fotosessiya etdirib.

Məşqçi bir neçə saatlıq xanımların evdə gördüyü işləri həyata keçirməyə çalışıb:

“Kişilər,qadınların dəyərini bilin! Onların gördükləri işləri kiçiltməyin! Qadın olmaq çox çətin bir şeydir. Hərdən biz kişilər xanımların gördüyü işləri ciddiyə almırıq. Ancaq mən bir günlük təcrübəmdə bunun nə qədər çətin bir şey olduğunu gördüm. İstər uşaq baxmaq olsun, istər yemək bişirmək, qab yumaq və s. Hər biri ayrı-ayrılıqda çox böyük səbr tələb edən əziyyətli və ağır işlərdi. Əminəm ki, bunları kişilər çox çətinliklə görə bilər. Bunun üçün də qadınların dəyərini bilmək lazımdır. Mustafa Kamal Atatürkün gözəl bir sözü var: “Yer üzündə gördüyünüz hər gözəl şey qadınların əsəridir...””.

Qeyd edək ki, fotoları Həmid Həmidli lentə alıb.