“Kişi kefə görə nəslini qurban verər?”

kisi-kefe-gore-neslini-qurban-verer
Oxunma sayı: 2416

“Biz şou-biznes adamı deyilik, sənət adamıyıq. Şou-biznes o demək deyil ki, nə istəsən et, gündəmə gəl. Gündəmə sənətkar yox, sənət adamı kimi gələ bilərsən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov  “Show news” proqramına açıqlamasında bildirib. Müğənni ad çəkmədən sərt ismarıc yollayıb:

“Sanballı sənət adamı kimi gündəmə gəlməlisən. Gözümün içinə yaxşı bax, sənə deyirəm. Sənətə o cür gəlmirlər. Günah sizdə yox, bizim kişilərdədir ki, pul verib sizi məclislərinə dəvət edirlər.  Sizinkimilərlə arvadı, qızı şəkil çəkdirir. Demir ki, su nəyin üstündən axır.  Kişi bir-iki saatlıq kefə görə nəslini, ailəsini qurban verər? Mentalitet deyəndə, palazın altında danışırıq? Biz kimik, kim olmuşuq, hara gedirik? Gözəl musiqisi olan bir xalqın içərisində alaq otları var ki, ziyan verirlər”.