“Kişi kişi kimi oxuyar...”

kisi-kisi-kimi-oxuyar
Oxunma sayı: 1502


"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist Elza Seyidcahan ilə müğənni Elnarə Xəlilova arasında fikir ayrılığı yaranıb. E. Xəlilova oğlan iştirakçıların yalnız kişi müğənnilərə qulaq asmalı olduqlarını iddia edib:

 “Oğlan qadın ifaçıya qulaq asıb, səhnəyə çıxmamalıdır. Kişi kişi kimi oxuyar. Qadın da xanım kimi. Mahnı seçimində diqqətli olmaq lazımdır. Hit olmalıdır. Tale Zeynəb Xanlarovanın mahnısını oxudu, onda alınmadı. İstəyirəm, tələbələrim kişi ifaçılardan öyrənsinlər. Onlarda qadın avazı hiss edilməsin”.

Sənətçinin bu fikirlərinə E.Seyidcahan etiraz edib:

“Müğənni kişiyə də, qadına da, qocaya da qulaq asmalıdır. Bu, yanlış fikirdir. Hərədən bir şey öyrənmək lazımdır”.