“Kişi özünü evlə təmin etməlidir”

kisi-ozunu-evle-temin-etmelidir
Oxunma sayı: 2039


“Qafqazinfo” Publika.az-a istinadən xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev bu yaxınlarda jurnalistlərə veriləcək mənzillərin şəffaf paylanılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indi kimlər üçünsə dövlət ev tikirsə, bunun özü böyük savabdır: "Buna ancaq "çox sağ ol" demək lazımdır. Evlərin şəffaf bölgüsü və sairə bu kimi məsələlər isə sonranın işidir. Hesab etmirəm ki, Prezident Administrasiyasının, Milli Televiziya və Radio və Mətbuat şuralarının işində maneo ola biləcək hər hansı fikirlər səslənsin. Mən bu cür məsələlərə münasibət bildirmək istəmirəm. Mən ümumiyyətlə çalışıram ki, belə məsələlər barədə danışmayım. Çünki mən Teleradio şirkətinin rəhbər şəxslərindən biriyəm və deiyim hər bir fikir kiminsə işinə müdaxilə kimi başa düşülə bilər. Mövqeyim odur ki, binanın tikintisini və jurnalistlər arasında mənzil bölgüsünü aparan, bu işlə məşğul olan qurumlar və şəxslərin bu məsələyə münasibət bildirməsi daha yaxşıdır. Əgər ehtiyac olsa, bizim nümayəndələr də bu prosesdə iştirak edə və öz təkliflərini verə bilər. Ancaq bu mənim işim deyil".