Kişi polisə şikayət etdi - Sevgilisi onu döyüb

Kişi polisə şikayət etdi
Oxunma sayı: 2158

Bakıda 30 yaşlı kişi sevgilisi tərəfindən döyülüb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Məmmədov polisə şikayətində bildirib. 

O qeyd edib ki, yanvarın 24-də gecə saat 23:30 radələrində qeyri-rəsmi olaraq birgə yaşadığı Dilbər adlı qadın onu döyüb. N.Məmmədov əlavə edib ki, qadın həm də onu təhqir edib. 

Araşdırma aparılır. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi