Kişi sürücülər işə yubka ilə gəldi - Fotolar

kisi-suruculer-ise-yubka-ile-geldi
Oxunma sayı: 737

Fransanın Nant şəhərində avtobus və tramvay sürücüləri şort geyinmək qadağasına  maraqlı etiraz ediblər.

“Qafqazinfo” “Independent”ə istinadən xəbər verir ki, sürücülər işə yubka geyinərək gediblər.

Sürücülər deyiblər ki, bələdiyyə avtobuslarında soyuducu yoxdur və avtobusun içində temperatur 50 dərəcəyə qədər yüksəlir. Çətin vəziyyətdə qaldıqlarını söyləyən sürücülər şort geyinməyə icazə verilməsini istəyirlər.

Qeyd edək ki, son günlər Fransada isti hava hökm sürür. Bəzi bölgələrdə təhlükəli vəziyyət elan edilib.