Kişidən 40 qram, sevgilisindən 1 kq heroin tapıldı

kisiden-40-qram-sevgilisinden-1-kq-heroin-tapildi
Oxunma sayı: 849

Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı geniş əməliyyat tədbirləri keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dekabrın 13-də 7 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı paytaxtın Nizami rayonunda yaşayan əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb.

Ağcabədi rayonu Hüsülü kənd sakini Məzahir Məmmədov çəkisi 3 kiloqram 305 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.