Kişilər daha çox alim olur

Kişilər daha çox alim olur
Oxunma sayı: 507

Azərbaycanda alimlik dərəcəsi alan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, ölkədə elmlə ardıcıl şəkildə məşğul olmağa kişilər qadınlardan daha çox maraq göstərirlər. Belə ki, ölkədə həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcəsi alanların arasında kişilər çoxluq təşkil edir. Bu fərq elmlər doktoru dərəcəsi üzrə daha çox nəzərə çarpır.

Məlumatlardan aydın olur ki, qadınların çoxu fəlsəfə doktoru olduqdan sonra elmlər doktoru olmaq üçün çalışmır.

2014-cü ildə 5678 kişi, 3901 qadın, 2015-ci ildə 6375 kişi, 5314 qadın, 2016-cı ildə 6426 kişi, 5448 qadın, 2017-ci ildə 6359 kişi, 5179 qadın fəlsəfə doktoru dərəcəsi alıb.

Elmlər doktoru dərəcəsinə gəldikdə, 2014-cü ildə 1920 kişi, 331 qadın, 2015-ci ildə 2072 kişi, 438 qadın, 2016-cı ildə 2079 kişi, 416 qadın, 2017-ci ildə 2067, 453 qadın elmlər doktoru dərəcəsi alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi