Kişilərdən ibarət voleybol millimiz finaldadır

kisilerden-ibaret-voleybol-millimiz-finaldadir
Oxunma sayı: 1383

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında yarımfinal oyunları keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, final uğrunda millimiz də mübarizə aparıb.

A qrupunu lider olaraq bitirən yığma komandamız B qrupunun ikincisi Əlcəzairlə üz-üzə gəlib. Keçirdiyi 4 oyunun hamısında qələbə qazanan komandamız həlledici oyunda qələbəyə sevinib.
 
Fərid Cəlalovun komandası ilk setdə çətinlik çəksə də, ikinci seti rahat qazanıb. Sonrada ərəblər fərqi azaltsa da, komandamız qonaqlara ümidlənməyə imkan verməyib, son setdə də qələbə qazanan yığmamız finala yüksəlib.
 
İkinci yarımfinal görüşündə isə millimizdən sonra ikinci yeri tutan Türkiyə digər qrupun qalibi İranla qarşılaşıb. Olduqca maraqlı və gərgin keçən qarşılaşmanın qalibi cənub qonşularımız olub.
 
IV İslam Həmrəyliyi Oyunları
Voleybol, kişilər
Yarımfinal
 

İranTürkiyə - 3:2
 
Azərbaycan Əlcəzair - 3:1 (28:26, 25:21, 20:25, 25:21)
 
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.