Kişilərin qənimi olan qadın həbs olundu

kisilerin-qenimi-olan-qadin-hebs-olundu
Oxunma sayı: 663

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 10-u saat 00:20 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakinləri İlkin Sadıqov idarə etdiyi «Tofaş» markalı, Rauf Həsənovun və Vüsal Nəbiyevin idarə etdikləri «VAZ-2107» markalı avtomobillər toqquşub. Nəticədə, Vüsal Nəbiyev xəsarətlə KTM-ya yerləşdirilib və orada ölüb.

Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rasim Hüseynov sentyabrın 9-da yaxalanıb.

Yanvarın 24-nə keçən gecə 7-ci mikrorayonda yaşayan Mobil Şammədova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə maqnitafon, 2 ədəd səsgücləndirici, ehtiyat təkər, ət məhsulları, mayın 4-nə keçən gecə C.Xəndan küçəsində Türkiyə Respublikasının vətəndaşı Korkut Orana məxsus «Nissan» markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, fotoapparat, avqustun 4-dən 5-dək olan müddətdə isə A.Kunanbayev küçəsində Bakı şəhər sakini Məsud Mahmudova məxsus «VAZ-21074» markalı avtomobildən açarseçmə yolu ilə maqnitafon oğurlanıb. Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Azər İbrahimov sentyabrın 9-da yaxalanıb.

Sentyabrın 7-də Nizami küçəsində yerləşən «Relax travel» şirkətində Gülya adlı qadın avqustun 10-da Bakı şəhər sakinləri Kərim Kərimovdan 1100 manat, avqustun 20-də İlham Seyidovdan 1362 manat, avqustun 23-də Sumqayıt şəhər sakini Niyazi Adıgözəlovdan 180 manat və iyul ayında Ağsu rayon sakini Sadiq Qasımlının etibarından sui-istifadə edərək 860 ABŞ dolları alıb qaytarmayıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Gülqız Bağırova sentyabrın 9-da yaxalanıb. Müəyyən edilibdir ki, o, avqustun 31-də Bakı şəhər sakini Seymur Mirzəyevin etibarından sui istifadə edərək ona saxta bilet satıb.

Sentyabrın 8-də A.M.Cümə küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini Tükazban Babaşovanın boynundan qızıl boyunbağını qırıb qaçarkən onlardan əvvəllər məhkum olunmuş Sadiq Musayev DİN Polis Akademiyasının, Nərimanov RPİ PPXB və 18-ci PB əməkdaşları tərəfindən tutulub. Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Sentyabrın 8-də Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Venera Kravçenkonun boynundan qızıl boyunbağısını qırıb qaçıb. Nəsimi RPİ CAŞ, 19-cu PB və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Tərtər rayon sakinləri Tural Əlizadə, əvvələr məhkum olunmuşlar Səxavət Orucov və Akif Manafov sentyabrın 8-də yaxalanıblar. Onların üzərinə baxış keçirilərkən S.Orucovdan 1,172, Akif Manafovdan 1, T.Əlizadədən isə 0,563 qram heroin aşkar edilib.

Sentyabrın 8-i saat 12:40 radələrində Parlament prospektində Bakı şəhər sakini Elyar Hüseynov idarə etdiyi «Prado» markalı avtomobillə Zülfiyyə Nəsirovanı və Kəmalə Cavadovanı vurub. Nəticədə, Z.Nəsirova hadisə yerində ölmüş, K.Cavadova isə xəstəxanaya yerləşdirilib.

Sentyabrın 3-də Z.Bünyadov prospektində yerləşən tikinti materialları bazarında Bakı şəhər sakini Cəlal Məmmədova məxsus anbardan 17 bağlama istilik radiatoru və su filtirləri oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Hüseynov və Babək Quliyev sentyabrın 8-də yaxalanıb.

Xətai RPİ CAŞ və 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Fuad Həsənov sentyabrın 8-də yaxalanıb.