“Kişiliyimi qurban vermişəm”

kisiliyimi-qurban-vermisem
Oxunma sayı: 647

Ekstravaqantlığı ilə seçilən stilist Samir (Samiraldo) Publika.Az-a yeni layihəsindən danışarkən, qarderobundakı qadın libaslarından da söz açdı:

“Qarderobun 20 faizini qadın paltarları təşkil edir. Mən yubka da geyinmişəm, dırnağıma boya da çəkmişəm. Kim nə düşünür, düşünsün, sənətim naminə geyinmişəm qadın paltarlarını. Stilistlər var ki, Türkiyədə, Dübayda gecə barlarında min hoqqadan çıxır, ona eyham vurmurlar, amma mən yubka geyinib çıxanda camaat min dənə söz danışır. Mən kişiliyimi də bu sənətə qurban vermişəm”.

Amma bununla belə iç dünyasının büsbütün başqa olduğunu deyən stilist insanların eyhamlarına bir növ öyrəncəli olduğunu da gizlətmədi. Bütün dünyada stilistlərin fərqli imicə malik olduqlarını, onların lazım olanda qadın paltarı geyindiklərini, dırnaqlarına boya çəkdiklərini deyən Samiraldo bütün bunların sənət naminə edildiyini bildirdi.