Kişinin gözündən soxulcan çıxardılar

kisinin-gozunden-soxulcan-cixardilar
Oxunma sayı: 640

Hindistanda həkimlər bir kişinin gözündən soxulcan çıxardıblar. "Qafqazinfo"nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, 65 yaşlı Kişnamuti adlı hindistanlı gözündə iki həftədir davam edən qaşıntı səbəbilə həkimə gedib. Həkim xəstənin gözünü müayinə etdikdə orada hərəkət edən soxulcan olduğunu aşkar edib. Gözün arxa divarında hərəkətdə olan qurdu çıxarmaq üçün xəstə əməliyyat olunub. Həkimlər 13 santimetrlik soxulcanı görəndə dəhşətə gəliblər. Cərrah ilk dəfə bu vəziyyətlə qarşılaşdığını, xəstə vaxtında soxulcandan qurtulmasaydı, onun korluğa qədər gedəcəyini də dilə gətirib. Həkim pasiyentinin təmiz qida qəbul etməməsi səbəbindən bu vəziyyətə düşdüyünü deyib. Güman ki, soxulcan mikrobla yoluxmuş qanda meydana gəlib.

Raminə