Kişmiş yeməklə stressə qalib gəlin

kismis-yemekle-stresse-qalib-gelin
Oxunma sayı: 2701


“Qafqazinfo” Deyerler.org-a istinadən xəbər verir ki, Dr. Əli Sabir üzüm qurusunun çox qiymətli bir qida mənbəyi olduğunu bildirib. Quru üzümün A və B vitaminləri, kalsium, kalium, dəmir və natrium baxımından zəngin olduğunu bildirən Sabir, bədənin immunitet mexanizminin güclənməsinə çox böyük qatqı verdiyini söyləyib.

“Quru üzüm, insan bədənində xərçəngə səbəb ola biləcək zərərli maddələrə qarşı qoruyucu funksiya daşımaqdadır. Üzümdə bol miqdarda mövcud olan və güclü bir antioksidan maddə olan “rezveratrol”, insan bədənində xərçəng hüceyrələrinin inkişafının qarşısını alma təsirinə malikdir. Bununla bərabər insanlarda həddindən artıq soyuq havalara qarşı müqavimət təmin etmək və bədənə girən virus və göbələklər ilə mübarizə apararaq, immuniteti qoruya bilir. Digər tərəfdən, ürəklə əlaqəli olaraq quru üzüm, qanın təmizlənməsi, ürəyin gücləndirilməsi və bu səbəbdən ürək-damar xəstəliklərinə qarşı müqavimətin artmasına da kömək edir. Üzüm qurusu unutqanlıq kimi xəstəliklərin müalicəsində effektli hesab olunur”.

Üzüm qurusunun tərkibində lifli maddələr var. Bu maddələr bağırsaqların sağlam fəaliyyəti üçün təsirli vasitədir. Üzüm qurusu qastrit və bənzəri mədə xəstəliklərinə qarşı mədəni qüvvətləndirir.

Bədəndə yığılan toksin maddələrin xərclənməsində üzümün mühüm faydaları vardır. Yorğunluğu və ağız qoxusunu aradan qaldırma xüsusiyyətinə sahib olan üzümün faydaları əslində çoxdur. Bir ovuc quru üzüm stress qaynaqlı müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün mühüm təsirə malikdir. Üzüm  bütün bədən hüceyrələrində olduğu kimi insan beynindəki hüceyrələrin enerji qaynağıdır və insanın ruhi gücünü birbaşa təsir edən bəzi birləşmələrin ifrazına da kömək edir.