“Kitabla dost olaq”

kitabla-dost-olaq
Oxunma sayı: 640

“Qafqazinfo’’nun verdiyi məlumata görə görüşdə şəhər kitabxana-klubunun direktoru Sevinc Babayeva kitabın böyük rolundan və əhəmiyyətindən danışıb. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni kitabların nəşr edilməsinə həmişə diqqət göstərməsini xüsusi vurğulayıb. “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı bu istiqamətdə atılan addımlardan biridir. Sərəncama əsasən dörd yüz adda on milyon nüsxədən çox ədəbiyyat nəşr edilərək ölkə kitabxanalarına hədiyyə olunub.

Sevinc Babayeva çıxışında həmçinin onu da qeyd edib ki, kütləvi informasiya vasitələrinin inkişafı heç vaxt kitaba olan sevgi və marağı öldürə bilməyəcək. Sonda
kitabxanaçı Rəhilə Abbasova son nəşrlərlə görüş iştirakçılarını tanış edib.


Mirislam Məmmədov