““Kitayski kraliça”ların sayı çoxalır”

kitayski-kralicalarin-sayi-coxalir
Oxunma sayı: 1985


“Qafqazinfo”nun məlumatına görə, primadonnanın prodüseri F Ələkbərli “facebook” hesabında müğənnilərin bostanına daş atıb: “ Bu gün bir xəbər eşitdim. Dostum mənə zəng vurub deyir ki, xəbərin var, filan müğənni "Türk dünyasının yeni sənət kraliçası" olub. Sözün düzü, xəbəri eşidəndə çox güldüm. Çünki Azərbaycanda bir “Türk dünyasının sənət kraliçası” var - bu da İlhamə xanım Quliyevadır. Gündən-günə bu "kitayski kraliça"ların sayı çoxalır. Bir müddətdən sonra hansısa tutuquşular, yəni "ifaçılara" yeni Beynəlxalq Statuslu Sənətçi, yeni Primadonna, yeni Dünya Sülh Səfiri kimi titullar verilsə, təəccüblənmərik. Əsas odur İlhamə xanım bunlar üçün cığır açır. Onsuz da heç vaxt cığırla irəliləyənlər yadda qalmır, cığırıaçanlar xatırlanır.  Bir daha deyim ki, “Türk Dünyasının Sənət Kraliçası” mükafatı ilk olaraq İlhamə xanıma Türkiyənin dövlət nümayəndələri tərəfindən təqdim olunub. Yaxşı deyiblər, “bir var koroğlu, bir də var kor kişinin oğlu...”. Ay tutuquşular, İlhamə xanımdan sonra bu mükafata sahib çıxmaq günahdır”.