Kıvanç arvadına görə “Cəsur ve gözəl”ə şərtlər qoyub

kivanc-arvadina-gore-cesur-ve-gozele-sertler-qoyub
Oxunma sayı: 646

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun “Cəsur ve gözəl” serialını çəkən şirkətlə müqavilə imzalayarkən bəzi xüsusi şərtlər qoyduğu məlum olub.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi xəbərə görə, aktyor özünün və həyat yoldaşı, stilist Başak dizerin ad günlərində, evlilik ildönümlərində, eləcə də bəzi özəl günlərdə çalışmayacağına dair şərtlər irəli sürüb.

Qeyd olunur ki, serialın çəkiliş müddəti həftə ərzində 4 gün çalışan Tatlıtuğun istəyinə görə müəyyənləşdirilib.