Kıvanç qiymətini artırdı...

kivanc-qiymetini-artirdi
Oxunma sayı: 658

Kıvanç Tatlıtuğ “Cesur ve Güzel” serialından sonra layihələrdən alacağı qonorarın miqdarını artırıb. 

“Qafqazinfo” xəbər verir ki, çəkildiyi ekran işlərində hər bölüm üçün 130 min TL alan aktyor yeni bir qərara gəlib. 

Tatlıtuğ qiymətini artıraraq 150 min TL edib. 

Bundan əlavə, Kıvanç serial qurtarandan 6 ay sonra yeni təklifləri dəyərləndirəcəyini də bildirib. 

Xatırladaq ki, “Cesur ve Güzel”in finalı 22 iyundadır.