Kıvanç Tatlıtuğa ağır itki - Fotolar

kivanc-tatlituga-agir-itki
Oxunma sayı: 4212

Türk aktyoru Kıvanç Tatlıtuğa ağır itki üz verib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Başak Dizerin atası Ali Cengiz Dizer vəfat edib. Mərhum Bursada dəfn edilib.

Qeyd edək ki, Ali Cengiz Dizer uzun müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Onun son günlərdə vəziyyətinin pisləşdiyi bildirilirdi.