Kıvançın kafesinə hücum - “Başakı bura çağırın…”

kivancin-kafesine-hucum
Oxunma sayı: 1510

Aktyor Kıvanç Tatlıtuğ və dizayner xanımı Başak Dizer Tatlıtuğun sahib olduğu kafeyə hücum olunub. “Qafqazinfo” xəbər verir ki, Sinan A. adlı şəxs məkanın qarşısına gələrək bağırmağa başlayıb. O, “Başak haradadır? Onu çağırın bura! Başak bura gələnədək onu gözləyəcəm” deyib. 

Daha sonra kafenin qapılarına zərbə endirən 28 yaşlı gənc müştəriləri və işçiləri qorxudub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Kıvanç və Başak da polis şöbəsinə gedərək həmin şəxsdən şikayətçi olub.