Kiyev Moskvadan şikayətləndi

kiyev-moskvadan-sikayetlendi
Oxunma sayı: 1105

Ukrayna Xarici işlər naziri Pavel Klimkin G20 ölkələrindən Rusiyaya təsir göstərmələrini xahiş edib. “Qafqazinfo”nun məlumatına görə, nazir bu haqda Feysbuk hesabında yazıb.

Klimkinin sözlərinə görə, o, “Böyük iyirmilik” ölkələrinin Xarici işlər nazirlərinə məktub yazıb. Nazir eyni xahişlə Avropa İttifaqına da müraciət etdiyini əlavə edib.

Klimkin qeyd edib ki, o, G20-dən Rusiya sərhədini qeyri-qanuni yolla keçən ukraynalı dənizçilərin sərbəst buraxılmasını xahiş edib.