Kiyevdə 11 etirazçı saxlanıldı

kiyevde-11-etirazci-saxlanildi
Oxunma sayı: 957

Kiyevdə Ali Radanın binasının qarşısında polislərlə etirazçılar arasında növbəti qarşıdurma baş verib.

“Qafqazinfo”nun “ria novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər saxlanılıb. 

Saxlanılan şəxslər Peçerski rayon Polis İdarəsinə aparılıblar. 

Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.