Kiyevdə 5 min insan etiraz aksiyası keçirir

Kiyevdə 5 min insan etiraz aksiyası keçirir
Oxunma sayı: 834

Ukraynanın paytaxtında 5 minə yaxın insan aksiya keçirir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər  verir ki, etirazçıların bir qismi Nazirlər Kabinetinin, bir hissəsi isə Ali Rada binasının önünə toplaşıb. Nazirlər Kabinetinin qarşısına yığışan “Dneprazot”un əməkdaşları ödənilməyən maaşlara görə işi dayandıran “Kapitalnaya” mədəninin işçilərinə dəstək üçün bir araya gəliblər. 

Qeyd edək ki, mədənçilər işi tamamilə dayandıraraq may və iyunun maaşının ödənilməsini tələb edirlər. 

Ali Radanın önündə toplaşan “AvtoAvroSila” təşkilatının nümayəndələri isə hakimiyyətdən tələb edirlər ki, gömrükdə rəsmiləşdirilməyən, Ukraynada qalmasına icazə verilməyən maşınların müsadirə edilməsi dayandırılsın. Polis rəsmiləri bildirirlər ki, mitinqə görə Kiyevin mərkəzi hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. 

Aysel Kərimova




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi