Kiyevdə atışma olub, 1 nəfər yaralandı

kiyevde-atisma-olub-1-nefer-yaralandi
Oxunma sayı: 818

Ukraynanın paytaxtı Kiyevdə restoranlardan birində münaqişə nəticəsində atışma olub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentdə 4 nəfər iştirak edib. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxslərdən biri başından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib. 

Digər şübhəlilər isə hadisə yerindən qaçıblar. 

Hazırda faktla bağlı araşdırma aparılır.