Kiyevdə Azərbaycan vətəndaşı həbs olunub - Qətldə ittiham olunur

Kiyevdə Azərbaycan vətəndaşı həbs olunub
Oxunma sayı: 1025

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı qətldə ittiham olunaraq həbs olunub. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Kiyevdə Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Şamil Feyzullayev ilə onun yaşadığı hostelin sakinləri arasında sonradan dava ilə nəticələnən mübahisə düşüb. Davaya səbəb azərbaycanlı gəncin ünvanına nalayiq ifadələrin işlənməsi olub.  

Əlbəyaxa dava zamanı Ş. Feyzullayev Aleksandr adlı gəncə bıçaqla xəsarət yetirib ki, nəticədə sonuncu ölüb. 

Ş. Feyzullayev Qoloseevskiy rayon polisi tərəfindən saxlanılıb. 

Həmyerlimizin yaxınları bildirib ki, onun hüquqi yardıma ehtiyacı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi