Kiyevdə azərbaycanlı alimin yeni nəzəriyyəsi təqdim olundu- - Fotolar

kiyevde-azerbaycanli-alimin-yeni-nezeriyyesi-teqdim-olundu-
Oxunma sayı: 1613


UAGB-dən verilən məlumata görə, Ukraynanın  elm və təhsil xadimlərinin,diplomatların və ekspertlərin qatıldığı təqdimat mərasimini  Ukrayna  Millətlər Assambleyasının  prezidenti, BUAK sədri  Rövşən Tağıyev açaraq Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı elm və din kitabının  milliyyətindən və dinindən asılı olmayaraq hər bir  insan üçün  böyük maraq kəsb edəcəyini  bildirib.

Elmin sərhədi olmadığı kimi, dini dəyərlər arasında da  mənəvi ölçü vahidinin sonsuzluğa ünvanlandığını  bildirən R. Tağıyev belə bir məsuliyyətli və çətin mövzuya müraciət edərək uğurlu nəticə əldə edən professorlar Rafiq Novruzovu və Anatoli Qirutskini elmi nailiyyətləri münasibəti ilə təbrik edib. Mərasimdə Kiyev Milli Linqivistika Universitetinin prorektoru İrina Seryakova çıxış edərək, yüksək fəlsəfi ,mənəvi fikirlərlə zəngin olan kitabı elmlə dinin vəhdət körpüsü adlandırıb. Professor Rafiq Novruzov şərqlə qərbin təfəkkür tarixində dinlə elm arasında təzadlı fikirlərin formalaşdığını diqqətə çatdıraraq, dünyanın müxtəlif dinləri ilə elm arasındakı bağlılığa münasibətdə Belaruslu alim həmkarı ilə eyni fikrə gəldiyini vurğulayıb. Səmavi kitablar olan Sühufu, Tövrat,İncil və müqəddəs Qurani Kərimdə  elm insanları doğru yola və fəzilətli həyata yönəltdiyi kimi  dünyanın məşhur alimləridə Allahın varlığını və təkliyini qəbul və təsdiq etməklə kamil insan zirvəsinə yüksəlməyin yolunu elm və dinin vəhdətində görüblər deyən Rafiq Novruzov uzun illərdən bəri üzərində çalışdıqları Elm və Din kitabında bu məsələlərin elmi fəlsəfi izahina nail olduqlarını vurğulayıb. Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Asim Osmanov, UAGB sədri siyasi elmlər namizədi  Anar Tahirov, Kiyev Milli Linqvistika Universitetinin hüquq kafedrasının müdiri, professor Aleksandr Merejko, professor Sergey Fatayev, Ukrayna Yevrey fondunun rəhbəri Arkadiy Monastırskiy,Rus məclisinin sədri Alla Potapova ,SOKAR Ukrayna şirkətinin nümayəndəsi Həzi Aslanov ,və digər elm və ictimai təşkilatların təmsilçiləri çıxış edərək, kitabın   ülvi hisslərə və bəşəri duyğulara xidmət etdiyini bildiriblər.