Kiyevdə azərbaycanlı polisi xəstəxanalıq etdi

kiyevde-azerbaycanli-polisi-xestexanaliq-etdi
Oxunma sayı: 1226

Ukraynanın Kiyev şəhərində Azərbaycan vətəndaşı yol polisini döyüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Kiyev polisi xəbər verib.

Belə ki, xidməti geyimdə, lakin iş başında olmayan polis sükan arxasında əyləşən sürücüyə yol hərəkəti qaydalarını pozduğuna görə iradını bildirib. Polis, həmçinin, öz avtomobili ilə azərbaycanlının avtomobilinin qarşısını kəsib.

Bu vaxt onlara yaxınlaşan Azərbaycan vətəndaşının qohumu polisi döyüb. Sonuncu qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Mübahisənin hər iki iştirakçısı saxlanılıb.