Kiyevdə azərbaycanlı rəssam yaralanıb

kiyevde-azerbaycanli-ressam-yaralanib
Oxunma sayı: 838


Ukraynada yaşayan Azərbaycan əsilli rəssam Rasim Sevdimov Maydanda olarkən yaralanıb. “Qafqazinfo” xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun ANS PRESS-ə verdiyi məlumata görə, R.Sevdimovun yanında səs qumbarası partlayıb. 

Qumbaranın qəlpələri onun əlinə və ayağına dəyib. H.Cavadov hazırda rəssamın vəziyyətinin yaxşı olduğunu bildirib.