42 yaşlı krımlı Aleksey Belko Kiyevdə Metro körpüsünü partlatmaqla hədələyir.
“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, artıq bir neçə dəfə havaya atəş açan şəxs körpünün ortasında ağ avtomobilində gözləyir. Hadisə yerinə xüsusi təyinatlılar göndərilib. Şəhər polis tərəfindən mühasirəyə alınıb. Alekseyə qarşı artıq terror törətmə maddəsi üzrə cinayət işi açılıb.
Kiyev meri Vitali Kliçko velosipedlə hadisə yerinə gəlib.
Qeyd edək ki, Belko iyunda polis tərəfindən saxlanılan zaman ondan 1 kiloqram partlayıcı, 90 giliz müsadirə edilərək götürülmüşdü.
***
Kiyev körpüsünü partlatmaq istəyən Aleskey Belko həbs edilib. O, törətdiyi əmələ görə heç bir tələb irəli sürməyib. Hadisənin detalları da məlum olub. Belə ki, Aleksey şəxsi həyatındakı problemlərə görə psixi problemlər yaşayıb və insidentdə siyasi motiv olmayıb.
Belkonun Alyona adlı sevgilisi ona başqa hərbçi ilə xəyanət edib. Aleksey bir neçə dəfə körpüdə də sevgilisinin adını qışqırmağa başlayıb.