Kiyevdə Poroşenkonun şirniyyat mağazası yandırıldı - Video+ Yenilənib

kiyevde-porosenkonun-sirniyyat-magazasi-yandirildi
Oxunma sayı: 1637

Ukraynanın paytaxtı Kiyevin mərkəzində “Roshen” konditer mağazası yanıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yanğın mağazanın girişində başlayıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, “Roshen” şirkəti prezident Petro Poroşenkoya aiddir.

*** 

Polis Kreşşatik küçəsindəki “Roshen” mağazasına yandırıcı məhlul atmaqda şübhəli bilinən şəxsi yaxalayıb. Hazırda ona qarşı cinayət işinin açılması məsələsi həll olunur.

Qeyd edək ki, daha əvvəl “Rohsen”in Kiyevdə Obolonsk prospektindəki mağazası yandırılmışdı.